Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
20 Okt 2025 21:45

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

News365.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, mundial oktyabrın 27-dək davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada