Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

Ərdoğan Körfəz ölkələrinə səfər edəcək
20 Okt 2025 22:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də başlayacaq Körfəz turuna Küveytdən start verəcək.

News365.az xəbər verir ki, Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahla görüşdə ikitərəfli əlaqələr, Qəzzadakı humanitar vəziyyət və atəşkəs məsələləri müzakirə olunacaq.

Səfərin ikinci dayanacağı Qətər olacaq. Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdə də əsas mövzu Qəzza problemi olacaq.

Səfərin sonunda Ərdoğan Oman Sultanı Heysəm bin Tariq bin Taymur Əl Səidlə iqtisadi əməkdaşlıq və regional məsələləri müzakirə edəcək.


Sizin reklam burada
Sizin reklam burada