Marta Kos Hakan Fidanla Avropa ilə Asiyanı bir-birinə yaxınlaşdırmağı müzakirə edib

Marta Kos Hakan Fidanla Avropa ilə Asiyanı bir-birinə yaxınlaşdırmağı müzakirə edib
20 Okt 2025 23:04

“Qafqazda sülhün möhkəmlənməsi ilə biz regional əməkdaşlığı inkişaf etdirmək və Avropanın müstəqilliyini gücləndirmək üçün nəsildə bir dəfə yaranan bir imkan görürük”.

News365.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşən Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos öz “X” hesabında yazıb.

“Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə infrastruktur layihələrinin necə həyata keçirilə biləcəyini və Avropa ilə Asiyanı bir-birinə necə yaxınlaşdırmağı müzakirə etdik”, - o əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada