ABŞ vitse-prezidenti Ceyms Devid Vens sabah İsrailə səfər edəcək.
News365.az xəbər verir ki, bu barədə Təl-Əvivdə yerləşən Ben Qurion Beynəlxalq Hava Limanının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vensin səfəri ilə əlaqədar olaraq, oktyabrın 21-i yerli vaxtla saat 10:30-13:30 aralığında həyata keçirilməli olan bəzi reyslərin terminalının dəyişdirilməsi planlaşdırılır.
Qeyd edək ki, hələlik nə Ağ Ev, nə də İsrail Baş nazirinin ofisi səfəri təsdiq edib.