"Ramiz Mehdiyev işi ilə bağlı yekun qərar istintaqdan sonra bəlli olacaq" - Azər Allahverənov

"Ramiz Mehdiyev işi ilə bağlı yekun qərar istintaqdan sonra bəlli olacaq" - Azər Allahverənov
12:45

Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlama verib.

Deputat bildirib ki, hazırkı mərhələdə bu məsələ ilə bağlı dəqiq fikir bildirmək üçün daha dolğun və rəsmi məlumatlara ehtiyac var:

“Sosial şəbəkələrdə hadisə ilə bağlı çoxsaylı məlumatlar, iddialar yayılır. Hazırda istintaq tədbirləri davam edir və hüquq-mühafizə orqanlarının prosesi necə istiqamətləndirəcəyi yalnız rəsmi məlumatlar əsasında dəqiqləşəcək,” – deyə deputat vurğulayıb.

Azər Allahverənov qeyd edib ki, bu cür hallarda istintaqın gedişinə təsir göstərə biləcək fikir və mövqelərdən çəkinmək lazımdır:

“Əgər irəli sürülən ittihamlar məhkəmə tərəfindən təsdiqlənərsə, bu zaman digər şəxslərlə bağlı da hüquqi qiymət verilə bilər. Lakin bu, yalnız istintaqın səlahiyyətində olan məsələdir,” – deyə o əlavə edib.

Deputat daha ətraflı və rəsmi məlumatların yaxın günlərdə aidiyyəti qurumlar tərəfindən açıqlanacağını istisna etməyib.


Sizin reklam burada
Sizin reklam burada