Yuli Sezar böyük qələbələr qazanaraq Roma Respublikasında tək-hakimiyyətə nail olmuşdu. Vətəndaş Müharibəsində rəqibi Pompeyi və digər müxalifləri məğlub etdikdən sonra, o, "diktator perpetuo" (ömürlük diktator) elan olundu. Hakimiyyətdə öz yanında yaxın dostlarını görmək istəyirdi və Mark Yuni Brut ilə birlikdə Qay Kassiy Lonqin onun seçimi oldu..
Sezar hər ikisini yüksək vəzifələrə gətirdi, xüsusilə də Brutun dostluğuna və sadiqliyinə hədsiz dərəcədə arxalanırdı
Brut və Kassiy – dost və keçmiş düşmən – birləşərək Sezarın ən qəddar sui-qəsdini təşkil etdilər. Brut, Sezarın ən yaxın dostu olmasına baxmayaraq, özünü ondan üstün hesab edirdi. Sezarın qələbələri onu içində olan şərəfsiz insanın üzə çıxmasına səbəb olurdu.
Dostluq paxıllığa çevrildi, mərhəmət isə zəiflik kimi qəbul edildi. Məhz Brutun bıçağını görəndə Sezarın son sözləri: "Sən dəmi, Brut?" olmuşdur.
Bu, Sezarın düşmənlərindən yox, güvəndiyi dostundan gələn xəyanətdən duyduğu şoku ifadə edir.
Bu hadisə tarixdə sübut edir ki, dostlar daha tez paxıllıqdan və ya genetik xəyanət daşıyıcısı olduqlarından xəyanət edə bilərlər. Ona görə də Brut və Kassiy kimi insanlar Sezar kimi nəhəngə xəyanət edirlər onlardan uzaq durmaq lazımdır. Belə adamlar dost Sezara xəyanət edirlərsə sənə nələr etməzlər...
Brutun Sezarı xəncərləməsi ilə dünyanın siyasi tarixində “xain ən yaxınımızdadır” aksiomasının əsası qoyuldu.....
Qəsddən 2 il sonra Mark Brut özünə qəsd edir. Xainlər özlərinə etdikləri kimi..