Yalçın Rəfiyev Aİ-nin xüsusi yüksək səviyyəli toplantısında iştirak edib

Yalçın Rəfiyev Aİ-nin xüsusi yüksək səviyyəli toplantısında iştirak edib
20 Okt 2025 22:30

20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa İttifaqının təşkilatçılığı ilə “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusunda xüsusi yüksək səviyyəli toplantı təşkil olunub.

News365.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, toplantı çərçivəsində Qara Dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq, həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalar keçirilib. 

İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada