Türkiyə Qəzzaya ordu GÖNDƏRİR

Türkiyə Qəzzaya ordu GÖNDƏRİR
11:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasında bildirib ki, Ankara Qəzza üzrə beynəlxalq əməliyyat qrupuna hərbi kontingent göndərə bilər.

News365.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.

Ərdoğanın sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron onunla görüşdə Türkiyənin belə bir missiyada iştirak edib-etməyəcəyini soruşub.

“Ni­yə də yox? Biz bu mexanizmə daxil ola bilərik. Yeganə vacib olan məsələ hansı şərtlərlə orada olacağımızdır”, – deyə Türkiyə lideri vurğulayıb.

Prezident əlavə edib ki, Türkiyə müstəqil Fələstin dövlətinin yaradılması uğrunda səylərini davam etdirəcək və Qəzzanin bərpasında iştirak etməyə hazırdır. Xarici işlər naziri Hakan Fidan isə bildirib ki, əgər beynəlxalq qrup ədalətli prinsiplərlə fəaliyyət göstərəcəksə, Türkiyə onun tərkibində olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada