Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılan cinayət işi Azərbaycanın daxili işidir və yalnız yerli məhkəmələr tərəfindən araşdırılır.
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə News365.az-a fikirlərini bildirib.
Onun sözlərinə görə, Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə ittiham olunur:
“Bunlarla bağlı istintaqın gedişinə heç bir xarici və ya daxili müdaxilə təsir edə bilməz. Kim günahkardırsa, ədalətli istintaq nəticəsində məsuliyyət daşıyacaq,” – deputat qeyd edib.