"Tramp Ukrayna məsələsində Rusiyanı prioritet hesab edir" - Şair Ramaldanov

"Tramp Ukrayna məsələsində Rusiyanı prioritet hesab edir" - Şair Ramaldanov
13:36

"Tramp Ukrayna məsələsində Rusiyanı prioritet hesab edir".

Hərbi ekspert Şair Ramaldanov News365.az-a açıqlamasında bildirib ki, Tramp və Putin arasında keçirilən Alaska görüşü nəticəsində əsas məsələlər üzrə razılaşmalar əldə olunub.

Ramaldanov qeyd edib ki, Ukrayna Tramp üçün əsas prioritet deyil və o, regionla bağlı qərarları daha çox ABŞ və Rusiyanın maraqları çərçivəsində qiymətləndirir. Ekspertin sözlərinə görə, Ukrayna maliyyə, silah və təbii sərvətlər baxımından Tramp üçün önəmli təsir elementi deyil, çünki ölkənin bir hissəsi hələ də Rusiyanın işğalı altındadır.

Hərbi ekspert əlavə edib ki, Trump-ın mövqeyi Zelenski üçün bəzən sərt görünə bilər, amma bu siyasət onun əsas məqsədinin – məsələləri ABŞ maraqları çərçivəsində həll etmək istəməsinin göstəricisidir.

Ramaldanov vurğulayıb ki, bu hərəkətlər Tramp-ın Ukrayna məsələsini qurtarmaq və ABŞ maraqlarına uyğun həll etmək istəyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada