"Türkiyənin Qəzzaya hərbi addımı Yaxın Şərqdə balansı dəyişə bilər"- Züriyə Qarayeva

"Türkiyənin Qəzzaya hərbi addımı Yaxın Şərqdə balansı dəyişə bilər"- Züriyə Qarayeva
12:35

Türkiyənin Qəzzaya hərbi kontingent göndərmək qərarı regional geosiyasi balansda ciddi dəyişikliklər yarada bilər.

Bu barədə politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ankara bu addımla Yaxın Şərqdə “humanitar müdafiəçi” və “sabitlik yaradan güc” imicini gücləndirməyi hədəfləyir:

“Türkiyə həm Qəzza böhranında söz sahibi olmaq, həm də İsrailin hərbi üstünlüyü fonunda Fələstin xalqının beynəlxalq səviyyədə müdafiəsini təmin etmək istəyir,” – politoloq qeyd edib.

Züriyə Qarayeva əlavə edib ki, bu qərar İsrail, ABŞ və bəzi Qərb ölkələri ilə münasibətlərdə gərginlik yarada bilər, lakin eyni zamanda ərəb və müsəlman dünyasında Türkiyənin nüfuzunu artırmaq potensialına malikdir.

“Rusiya və İran kimi regional aktorlar da Türkiyənin hərbi iştirakı ilə bağlı prosesi yaxından izləyəcək, çünki bu addım regiondakı güc balansını dəyişdirə və yeni diplomatik cəbhələr aça bilər,” – politoloq vurğulayıb.

Ümumilikdə, Züriyə Qarayeva hesab edir ki, Ankara yalnız Qəzzada deyil, bütövlükdə Yaxın Şərqdə geosiyasi oyun qaydalarını yenidən formalaşdırmağa yönəlmiş strateji mesaj verir.


Sizin reklam burada
Sizin reklam burada