Ramiz Mehdiyevin Azərbaycan FETÖ-sü- Tural İrfan yazır
Təhlil
17 Okt 2025 09:32
Ramiz Mehdiyevə ən ağır maddələrlə cinayət işi qaldırılması çox ciddi məsələdir. Məsələnin hüquqi, siyasi tərəfi ilə yanaşı mənəvi tərəfi də var. Şəxsinə göstərilmiş ən ali etimadı yerə vurub xəyanət etmək, çevriliş cəhdində bulunmaq çox çirkin nümunədir məmur mənsəbi üçün.
Törətdikləri müəyyəndir. Amma onun şəbəkəsi tam müəyyən deyil. Bəlkə də aidiyyəti orqanlara məlumdur yaxud araşdırma nəticəsində məlum olacaq, lakin ictimaiyyət üçün hələ ki, çox şey aydın deyil.
R. Mehdiyev və şəbəkəsini müəyyən mənada Azərbaycanın FETÖ-su hesab etmək olar. O, Türkiyəni ABŞ-a satmaq istəyirdi, bu da Azərbaycanı Rusiyaya. Vəzifə ömrünün axır aylarında AMEA-nın saytından yayımladığı məqalələrdə Qurandan ayələr sitat gətirir, bəzən də özünü Səlcuqlularım fars vəziri Nizamülmülk ilə müqayisə edirdi. Gah da Səfəvilər haqda əsər, məqalə yaz(dır)ırdı... Bununla İranın da diqqətini özünə çəkmək istəyirdi.
Ermənistanda Ramiz Mehdiyevin funksiyasını həyata keçirən keşişlər həbs olundu. Onlar oradan bu da buradan hərəkətə keçməliymiş demək. Əl - ələ verib 90-cı illəri geri gətirməliymişlər... Amma ifşa edilib həbs olundular.