Pensiyalar bu tarixdən artacaq- Deputatdan AÇIQLAMA

Pensiyalar bu tarixdən artacaq- Deputatdan AÇIQLAMA
12:36

"Gələn il pensiyaların sığorta hissəsi 9 faiz artırılacaq".

Milli Məclisin deputatı Musa Quliyev News365.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən pensiyaların sığorta hissəsi hər il ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir və artırılır.

Deputat əlavə edib ki, bu il ölkə üzrə orta aylıq əməkhaqqının artımının təxminən 9 faiz olduğu proqnozlaşdırılır. Ona görə də, ilin sonuna qədər rəqəmlərdə dəyişiklik olmazsa, gələn il bütün növ pensiyaçıların sığorta hissəsində 9 faiz artım gözlənilir.

Musa Quliyev vurğulayıb ki, bu artım pensiyaçıların sosial rifahının qorunması və gəlirlərinin inflyasiya fonunda balanslaşdırılması baxımından önəmlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada