ABŞ təyyarə ehtiyat hissələrinin Çinə tədarükünü dayandıra bilər

ABŞ təyyarə ehtiyat hissələrinin Çinə tədarükünü dayandıra bilər
20 Okt 2025 21:10

Vaşinqton və Pekin arasında ticarət münaqişəsi fonunda Birləşmiş Ştatlar Çinə təyyarə ehtiyat hissələri tədarükünü dayandıra bilər.

News365.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Onlar bizi nadir torpaq elementləri ilə hədələdilər. Mən də onları rüsumlarla hədələdim. Amma mən onları təyyarələr kimi bir çox başqa şeylərlə də təhdid edə bilərdim. Çünki onlar öz təyyarələri üçün hissələri ala bilmirlər. Biz onların təyyarələrini düzəldirik. Bunlar əsasən “Boeing” təyyarələridir və biz onlara ehtiyat hissələrini tədarük etməyi dayandıra bilərik", - o deyib.


Sizin reklam burada
Sizin reklam burada