Əgər belə bir təklif agentliyin özündən gələrsə İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın yeni variantını nəzərdən keçirməyə hazırdır.
News365.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
“Snapback mexanizminin aktivləşdirilməsindən sonra, İranın xarici işlər naziri Abbas Araqçinin də əvvəllər dediyi kimi, biz hazırda etibarsız saydığımız Qahirə sazişinə yenidən baxacağıq. Lakin BAEA əməkdaşlıq üçün yeni təklif irəli sürsə, o, Ali Təhlükəsizlik Şurasında nəzərdən keçiriləcək”, - o, “X” hesabında yazıb.