Ramiz Mehdiyevdən sonra növbə onundur?

Ramiz Mehdiyevdən sonra növbə onundur?
14:47

 

Ramiz Mehdiyevin sonu göründü. Belə ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub. O,  Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham edilir.
 
Konkret olaraq Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, məhkəmə Prezident Administrasiyasının sabiq rəhbəri barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Düz 30 ildir ki, hər kəs bu qərarı gözləyirdi. Çünki Ramiz Mehdiyev Azərbaycanın milli və dövlət maraqlarına qarşı dayanan birisi olub. Təsadüfi deyil ki, o, hər zaman 5-ci kalonun ölkəmizdəki lideri kimi qəbul edilib. Üstəlik onun Rusiyanın siyasi dairələri ilə güclü bağları var.

Hakimiyyətdə olduğu illərdə Ramiz Mehdiyev hər zaman Rusiyanın vəkili kimi hərəkət edib. Cəmiyyəti təşviq edib ki, Azərbaycan müstəqil və Rusiyasız yaşaya bilməz. Üstəlik Rusiyanın dövlət  və milli maraqları Ramiz Mehdiyev tərəfindən yüksək səviyyədə qorunub. Hakimiyyətin “boz kardinalı” kimi rus dilini Azərbaycanda ikinci dil səviyyəsinə qaldırıb. Rus dilli insanlara vəzifə yüksəlişində böyük dəstək verib. Hətta onun yaxınlarına göstərişi olub ki, ona Ramiz Ənvəroviç deyə müraciət etsinlər.

Təbii ki, bu da onun Rusiyaya olan sonsuz sədaqətindən qaynaqlanıb. Rusiyanı arxasına alan Ramiz Mehdiyev böyük biznes imperiyası qurub. Topladığı milyard manatlarla sərvətdən də zaman-zaman Rusiyanın maraqlarına xidmət edən layihələr həyata keçirib.

Son zamanlar Ramiz Mehdiyevin açıqlanan sərvətlərinin siyahısı bitmək bilmir. İqtisadi həyatımızın bütün sahələrində ona məxsus şirkətlər var. Onlardan bəzilərinin siyahısını təqdim edirik:

Novxanı kəndin Mehdiyevlərə məxsus 155 hektar üzüm bağları var. Bu üzüm bağlarında yetişdirilən məhsullar ailəyə məxsus “Fireland Vineyards” MMCnin şərab zavodunda emal olunur və məhsullar əsasən Çinə satılır. Üstəlik bu bağlara görə Mehdiyevlər dövlətdən külli miqdarda subsidiya alır.

Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.

Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqları hektarlarladır. Ananın mülkiyyətində 892 sot, onun qızının isə 240 sot torpağı var.

Təbii ki, Ramiz Mehdiyev bütün varidatlarını həyat yoldaşı Qalina Mehdiyevanın, oğlu Teymur Mehdiyavanın, qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyevə və yaxın qohumlarının adına rəsmiləşdirib. Bu səbəbdən də onun varidatının miqyasını müəyyən etmək mümkün deyil. Bununla belə bəzi dəqiqləşdirmələr apara bildik. Məsələn paytaxtın Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən “German Hospital” adı altında fəaliyyət göstərir. “Gandezza” ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.

Ramiz Mehdiyevin böyük media imperiyası var. Onun bu imperiyasına televiziyalar, radio FM-lər nəşriyyatlar və qəzetlər daxildir.

Bütün bu imkanlardan istifadə edərək Ramiz Mehdiyev Azərbayvanda dövlət hakimiyyətini devirmək istəyib. Və özünün hakimi-mütləq olmasına çalışıb. Təbii ki, bu yolda onun sadiq silahdaşları da var. Və onlar haqqında mətbuatda çox yazılıb. Ancaq biz onlardan birinin adını bir daha xatırlatmaq istəyirik. Bu da Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Hər kəs bilir ki, Əli Həsənovla Ramiz Mehdiyev uzun illər eyni ideyaya xidmət ediblər.

Ona görə də bu gün hər kəsi düşündürən bir sual var. Ramiz Mehdiyev üçün yolun sonu göründü. Növbədə Əli Həsənovdurmu?

News365.az 


Sizin reklam burada
Sizin reklam burada