Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
17:22

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Milli Qəhrəman noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - Foto - foto 1

Sizin reklam burada
Sizin reklam burada