"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiqləndi

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiqləndi
13:55

“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

News365.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində zəruri tədbirlər görməlidirlər.

Bu məqsədlə dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməli, həmçinin həmin sistemləri Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiya etməlidirlər.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.


Sizin reklam burada
Sizin reklam burada