Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
14:17

Azərbaycanda minimum əməkhaqqının 100 manat artırılması gözlənilir

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələrin yekunlaşmaq üzrə olduğu bildirilir.

News365.az-ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının təxminən 100 manat artırılması proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat təşkil edir.

Gözlənilir ki, müvafiq layihə noyabrın sonunda və ya dekabrın əvvəlində parlamentin aidiyyəti komitəsində müzakirəyə çıxarılsın.


Sizin reklam burada
Sizin reklam burada