Ordubadda avtobus aşıb, xəsarət alanlar var.
Hadisə rayonun Dırnıs kəndində baş verib.
İlkin məlumata görə, hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.