Külək elektrik dirəyini aşırdı, qəsəbə işıqsız qaldı

Külək elektrik dirəyini aşırdı, qəsəbə işıqsız qaldı
15 Noy 2026 23:40

Sumqayıtda güclü külək elektrik dirəyini aşırıb, yaşayış massivi işıqsız qalıb.


News365.az Report-a istinadən məlumat verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.


Belə ki, elektrik dirəyi güclü küləyin təsiri nəticəsində aşıb. Nəticədə yaşayış massivinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.


Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Elektrik dirəyinin yenisi ilə əvəzlənməsi və elektrik enerjisinin bərpası istiqamətində işlər görülür


Sizin reklam burada
Sizin reklam burada