Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
15:30

Azərbaycan Tibb Universiteti tələbənin yataqxanada meyitinin tapılması ilə bağlı məlumat yayıb.

News365.az xəbər verir ki, açıqlamada deyilir:

"Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verir.

Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

Elviranın əziz xatrirəsi müəllimləri və tələbə yoldaşlarının yaddaşında hər zaman çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!".



Sizin reklam burada
Sizin reklam burada