Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi

Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi
14:45

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayışa görə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə News365.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov hadisə nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.


Sizin reklam burada
Sizin reklam burada