Aqil Abbas Fərhad Bədəlbəylini təriflədi: “Mən onun səviyyəsində deyiləm”

Aqil Abbas Fərhad Bədəlbəylini təriflədi: “Mən onun səviyyəsində deyiləm”
14:25

Milli Məclisin deputatı Aqil Abbas Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin fikirlərinə münasibət bildirib. Deputat tanınmış sənətkarın yaradıcılığını və peşəkarlığını yüksək qiymətləndirərək onunla özünü müqayisə etməyin doğru olmadığını vurğulayıb.

News365.az xəbər verir ki, Aqil Abbas bu barədə Fərhad Bədəlbəylinin mədəniyyət və Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən danışıb.

“Mən onun səviyyəsində deyiləm. O, çox yüksəkdədir. Fərhad Bədəlbəyli dünya səviyyəli sənətkardır, pianoçudur, musiqişünasdır. Nə deyirsə, düz deyir”, – deyə deputat bildirib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə Fərhad Bədəlbəyli də çıxış edib.

Xalq artisti çıxışında Azərbaycanın mədəniyyətinin ölkə Prezidentinin beynəlxalq səviyyədəki nüfuzuna uyğun inkişaf etməsinin vacibliyini vurğulayıb.

“İstəyirik ki, mədəniyyətimiz Prezidentin səviyyəsində olsun. İstanbula getmədi “şah”, Şuşaya gəldi “mat”. Bu böyük siyasətdir. Fəxr edirik və istərdik ki, mədəniyyətdə, ədəbiyyatda səviyyəmiz onun səviyyəsində olsun”, – deyə Fərhad Bədəlbəyli qeyd edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada