Ləğv prosesində olan "AGBank" ASC-yə məxsus Bakıda yerləşən iki daşınmaz əmlak dekabrın 2-də hərraca çıxarılacaq. Əmlakların ümumi ilkin qiyməti 7 milyon 250 min manatdır.
News365.az xəbər verir ki, əmlaklardan biri Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 965 kvadratmetrlik qeyri-yaşayış binasıdır. Obyektin ilkin satış qiyməti 6 milyon 500 min manat müəyyən edilib.
Digər əmlak isə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 230,2 kvadratmetrlik qeyri-yaşayış sahəsidir. Onun ilkin qiyməti 750 min manatdır.
Qeyd edək ki, Mərkəzi Bank 12 may 2020-ci ildə AGBankın lisenziyasını ləğv edib. Bank kapitalını tam itirdiyi və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müflis elan olunub. Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib.