Ukrayna gələn il Qərb ölkələrindən 115 milyard dollar həcmində maliyyə dəstəyi almağı planlaşdırır. Kiyevin ilkin gözləntisi 45 milyard dollar olsa da, hərbi ehtiyacların yenidən qiymətləndirilməsi tələb olunan məbləği xeyli artırıb.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirdiyi mətbuat konfransında danışıb.
Dövlət başçısının sözlərinə görə, hərbi rəhbərlik və Müdafiə Nazirliyi ilə aparılan məsləhətləşmələrdən sonra əlavə 70 milyard dollara ehtiyac olduğu müəyyənləşib. O, 2028-ci ildə də ölkənin təxminən eyni həcmdə maliyyəyə ehtiyac duya biləcəyini istisna etməyib.
Zelenski qarşıdakı ilin Kiyev üçün asan keçməyəcəyini də vurğulayıb. Onun fikrincə, Avropa İttifaqına üzv ölkələrdə siyasi rəhbərlikdə baş verə biləcək dəyişikliklər Ukraynaya dəstəyin davamlılığı baxımından əlavə çətinliklər yarada bilər.