Rusiyanın Kiyevə hücumu: İki ölkənin səfirliyinə ziyan dəydi

Rusiyanın Kiyevə hücumu: İki ölkənin səfirliyinə ziyan dəydi
11:05

Rusiyanın Kiyevə hücumu nəticəsində Niderland və Avstriya səfirliklərinə ziyan dəyib. Hər iki ölkə itki və xəsarət alan olmadığını açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hər iki ölkənin səfirliyi hücumu pisləyən bəyanat yayıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Rusiya dronunun qalıqlarının Braziliya səfirliyinin ərazisinə düşdüyünü, lakin binaya ziyan dəymədiyini bildirib.

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumlar nəticəsində Kiyevdə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bir sıra yaşayış və qeyri-yaşayış binalarına, eləcə də Müqəddəs Volodimir Katedralına ziyan dəyib. Digər bölgələrdə də ölən və yaralananlar var.


Sizin reklam burada
Sizin reklam burada