Miri Yusif: “Qızım üçün tiktoker də olaram”

Miri Yusif: “Qızım üçün tiktoker də olaram”
12:37

Xalq artisti Miri Yusif bu dəfə musiqi fəaliyyəti ilə deyil, ailəvi paylaşımı ilə gündəmə gəlib.

Müğənninin qızı ilə çəkdirdiyi əyləncəli video izləyicilərin marağına səbəb olub.

Sənətçi övladı ilə vaxt keçirərkən lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Paylaşımına əlavə etdiyi "Qız atası olmaq lazımdırsa, TikTok da çəkərəm, TikToker də olaram" sözləri isə diqqət çəkib.

Miri Yusifin bu zarafatlı mesajı izləyicilər tərəfindən maraqla qarşılanıb.

News365.az



Sizin reklam burada
Sizin reklam burada