Ermənistan hökuməti qarşıdakı beş il ərzində həyata keçirəcəyi islahatların yol xəritəsini müəyyənləşdirib. 2026-2031-ci illəri əhatə edən yeni fəaliyyət planına 733 tədbir daxil edilib.
News365.az "News.am"a istinadən xəbər verir ki, sənəd noyabrın 19-da keçirilən hökumət iclasında təsdiqlənib.
Baş nazirin müavini Mher Qriqoryanın sözlərinə görə, fəaliyyət planı altı əsas istiqaməti əhatə edir. Burada nəzərdə tutulan tədbirlərin əksəriyyəti 2021-2026-cı illərdə başlanmış islahatların davam etdirilməsinə hesablanıb.
Təhlükəsizlik və xarici siyasət istiqamətində Ermənistan hökumətinin əsas hədəfləri Azərbaycanla əldə olunmuş sülhün möhkəmləndirilməsi və "Sülhün Kəsişməsi" layihəsinin reallaşdırılmasıdır. Bundan başqa, Ermənistan vətəndaşlarının Avropa İttifaqına səfərləri zamanı viza prosedurlarının sadələşdirilməsi də planlaşdırılır.
Yeni fəaliyyət proqramında təhsil sahəsinə xüsusi önəm verilib. Hökumət qarşıdakı illərdə yoxsulluq səviyyəsini 5 faiz azaltmağı da qarşıya məqsəd qoyub.
İqtisadi sahədə isə məhsuldarlığın yüksəldilməsi, ölkənin rəqabət imkanlarının gücləndirilməsi və ticarət əlaqələrinin şaxələndirilməsi əsas prioritetlər sırasında yer alıb.
News365.az