Azərbaycana yeni təlim təyyarələri gətiriləcək

Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
18:12

Azərbaycanda pilotların təlim uçuşları üçün istifadə olunan "Cessna 172 Skyhawk" tipli hava gəmilərinin sayının artırılması planlaşdırılır.

News365.az xəbər verir ki, bunu ASG Helicopter Services MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin texniki xidmət göstərdiyi bu tipdən 5 hava gəmisi mövcuddur:

"Gələcəkdə daha 5 hava gəmisinin alınması və ümumi sayın 10-a çatdırılması nəzərdə tutulur. Bu hava gəmiləri Amerika istehsalıdır və Almaniya istehsalı olan mühərriklərlə təchiz edilib. Mühərriklərin xüsusiyyəti ondan ibarətdir ki, onlar həm dizel yanacağı, həm də aviasiya yanacağı ilə işləyə bilir. Hava gəmiləri əsasən Aviasiya Təlim Mərkəzində (ATM) pilotların təlim uçuşları üçün nəzərdə tutulub", - deyə V.Vələdov qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada