Keçmiş vəkil axtarışa verildi

Keçmiş vəkil axtarışa verildi
13:53

Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.

News365.az xəbər verir ki, bu dəfə o, sağlamlığa zərər vurmaqda ittiham olunur.

A.Məmmədov barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Elektronika məhsulları

Keçmiş vəkil istintaqdan gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq axtarışa verib.

A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədov sonradan ölkədən gedib.

 


Sizin reklam burada
Sizin reklam burada