Milli Hidrometeorologiya Xidməti noyabrın 20-də Bakıda, Abşeron yarımadasında və bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
News365.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şimal-qərb küləyinin sürəti 20,8–28,4 m/s-dək güclənəcək.
Sarı xəbərdarlıq verilən digər bölgələrdə isə şimal-qərb küləyinin sürəti 13,9–20,7 m/s olacaq.