İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox xərc yaradıb
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ölkə büdcəsinə vurduğu maliyyə yükü 48 milyard dolları ötüb. Bu məbləğə hərbi əməliyyatların təşkili, silah-sursat xərcləri və texnikanın yenilənməsi üçün ayrılan vəsait daxildir.
News365.az“USA Today”ə istinadən xəbər verir ki, Pentaqonun büdcə üzrə sözçüsü Artur Miller Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında çıxışı zamanı müharibənin indiyədək ABŞ-yə neçəyə başa gəldiyini açıqlayıb.
Müzakirələr zamanı demokrat senator Riçard Blumental ABŞ-nin hərbi obyektlərinə dəymiş ziyanın da hesablanmasını tələb edib. O, bu istiqamətdə Pentaqonun əlində hansı məlumatların olduğunu soruşub.
Artur Miller isə hərbi infrastruktura dəyən ziyanın həcmi ilə bağlı hələlik konkret rəqəmlərin olmadığını bildirib.
News365.az