Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə qəbul imtahanları keçirir.
Bu barədə DİM-dən bildirilib.
Dövlət qulluğuna qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 796 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 48 nəfər, BB3 altqrupu üzrə 83 nəfər, BB4 altqrupu üzrə 116 nəfər olmaqla, ümumilikdə 265 namizəd uğur qazanıb.
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilir. İmtahan saat 16:00-da başlanır. Bu imtahan da kompüterlər vasitəsilə elektron formada keçirilir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17-19 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə DİM-dən bildirilib.
BB vəzifə altqrupu üzrə test imtahanı
BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq.
İmtahanda iştirak üçün 812 namizəd qeydiyyatdan keçib.
Namizədlər
İmtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları
Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
İmtahanın keçirilməsi üçün 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.