İşğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra məktəblərdə ilk dəfə Bilik Günü qeyd olunur.
News365.az xəbər verir ki, 15 sentyabr - yeni tədris ilinin ilk günündə Ağdərə, Ağdam, Xankəndi, Xocavənd və Xocalıda fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü keçirilir.
Bildirilib ki, ilk dəfə Bilik Günü keçirilən məktəblər aşağıdakılardır:
Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi;
Ağdam şəhər 1 nömrəli tam orta məktəbi;
Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi;
Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi;
Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi;
Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi;
Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi.
Qeyd olunub ki, bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpasının və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.
Hazırda Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.