Təhsil tələbə kreditindən ən çox yararlanan 10 universitet

Təhsil tələbə kreditindən ən çox yararlanan 10 universitet
12:30

2026/2027-ci tədris ilində yeni qəbul olunmuş tələbələr arasında təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan 10 təhsil müəssisəsinin göstəriciləri açıqlanıb.

News365.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Bildirilib ki, təqdim olunan məlumatlar avqustun 3-dən sentyabrın 24-dək olan dövrü əhatə edir.

Göstərilən dövrdə TTK-dən ən çox yararlanan yeni qəbul olunmuş tələbələrin sayı Azərbaycan Dövlət İqtisad Universitetində 452, Bakı Slavyan Universitetində 290, Bakı Dövlət Universitetində 289, Azərbaycan İdman Akademiyasında 277, Bakı Avrasiya Universitetində 275 nəfər təşkil edib.

Azərbaycan Texniki Universitetində 220, Azərbaycan Dövlət Pedaqoji Universitetində 218, Azərbaycan Dillər Universitetində 204, Azərbaycan Universitetində 204, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 196 yeni qəbul olunmuş tələbə təhsil tələbə kreditindən yararlanıb.


Sizin reklam burada
Sizin reklam burada