Nazir birinci sinfə gedən şagirdlərin sayını açıqladı

Nazir birinci sinfə gedən şagirdlərin sayını açıqladı
10:30

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur.


News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə çıxışında deyib.


"Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur", - o əlavə edib.


Nazir məktəb həyatında uşaqların qarşısında duran vəzifələrdən də danışıb:


"Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir".


E.Əmrullayev yeni tədris ilində müəllimlərə də uğurlar arzulayıb:


"Fürsət ikən mən valideynləri də yeni tədris ili münasibətilə təbrik edirəm. Düşünürəm ki, yeni tədris ilinin başlaması onlar üçün də bir məsuliyyətdir və onlar müəllimlərin yanında olsalar, birlikdə çalışsalar, daha böyük uğurlar əldə ediləcək".


Nazir həmçinin bildirib ki, bu il burada birinci sinfə gələn uşaqların əksəriyyəti, yəni 90%-dən çoxu məktəbəqədər hazırlıqdan gəlir:


"Xüsuilə şəhər yerlərində bu məsələnin 100%-ə yaxın həll olunacağına inanır. Bu da çox vacib göstəricidir. Yəni məktəbə gələn uşaqların əksəriyyəti heç olmasa, bir il məktəbəqədər hazırlıqdan gəlir. İnanıram ki, bu onların təhsil nəticələrinə təsir edəcək və ölkənin də təhsilini irəli aparacaq


Sizin reklam burada
Sizin reklam burada