“302
milyard barellə dünyada ən çox neft ehtiyatına malik olan Venesuelada prezident
Nikolas Maduro dünən ölkəsində fövqəladə iqtisadi vəziyyətin tətbiqi barədə fərman
imzalayıb”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, adətən çox nadir ölkələrdə ağır iqtisadi böhranlar zamanı fövqəladə
iqtisadi vəziyyət elan edilir:
“Məsələn,
2001-ci ildə Zimbabvedə hiperinflyasiya zamanı, 2001-ci ildə Argentiada maliyyə
sistemində çökməsi zamanı, 2010-cu ildə Yunanıstanda borc böhranı zamanı,
2016-cı ildə isə yenə də Venesuelada hiperinflyasiya və ərzaq çatışmazlığı
zamanı fövqəladə iqtisadi vəziyyət tətbiq edilmişdir.
Lakin
bu ölkələrdən yalnız Yunanıstanda tədbirlər nisbətən effektiv nəticələnmişdi.
Çünki, qərarlar Avropa İttifaqı və BVF ilə koordinasiyalı şəkildə qərarlar
verilmişdir. Struktur islahatlarla yanaşı maliyyə intizsmı təmin edilmişdi. Ən əsası
isə bütün proseslərdə şəffaflıq təmin edilmiş və hüquqi çərçivə
laxladılmamışdır.
Digər
3 ölkədə isə tədbirlər uğursuz olmuşdur. Belə ki,Venesuelada qeyri-şəffaf idarəetmə,
kölgə iqtisadiyyatınln artması və dövlət müdaxiləsinin həddən artıq yüksəlməsi,
Argentinada panik xarakterli qərarlar ( o gün toxunduğum təhlükəli hal -
overreacton) , bank əmanətlərinin dondurulması və siyasi xaos, Zimbabvedə isə
monetar intizamın tam olmaması və korrupsiyanın əksinə artması dövləti hədəflərinə
nail olmağa imkanvermədi.
Odur
ki, “mən fövqəladə iqtisadi vəziyyət elan etdim və prosesi düzəldəcəm” – deyə
bir şey yoxdur. Bu qərar yalnız qısa müddətli, məqsədyönlü, şəffaf və
institusional koordinasiyalı şəkildə həyata keçirildikdə effektiv ola bilər.
Əks halda, belə qərarlar iqtisadiyyatda daha dərin qeyri-müəyyənliyə, bazar
mexanizmlərinin pozulmasına və iqtisadi tənəzzülün dərinləşməsinə, bunlar isə
öz növbəsində sosial narazılığın daha da artmasına səbəb olur”.
News365.az