"Prezidentin Zəfər yolunda olmaq şərəfimizdir"- Məlahət İbrahimqızı

"Prezidentin Zəfər yolunda olmaq şərəfimizdir"- Məlahət İbrahimqızı
13:18

"Prezident İlham Əliyevin əsgəri olmaq bizim şərəfimizdir".

Milli Məclisin deputatı Məlahət İbrahimqızı News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanı zülmətlərdən aydınlığa çıxaran Ulu Öndər Heydər Əliyevin ideyalarına xidmət etmək və onun irsini qoruyub yaşatmaq hər bir vətəndaş üçün müqəddəs vəzifədir.

Deputat vurğulayıb ki, bu yol Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qalib dövlətə çevrilməsi istiqamətində addım-addım irəliləməklə bağlıdır:

“Prezident İlham Əliyevin qaldırdığı Zəfər bayrağı altında xalqımızın gələcəyi üçün inamla addımlamaq bizim üçün həm şərəf, həm də vicdan məsələsidir.”

Məlahət İbrahimqızı əlavə edib ki, böhtan xarakterli yazılara baxmayaraq, deputatlar və xalq Prezident İlham Əliyevə güvənir və Azərbaycanın daha güclü gələcəyi üçün daim Onun yanında olacaqlar.

News365.az


Sizin reklam burada
Sizin reklam burada