2003–2025-ci illər Azərbaycan iqtisadiyyatında yeni yüksəliş və çevik transformasiya mərhələsi kimi yadda qalacaq. Bu illər həm makroiqtisadi sabitliyin qorunması, həm
də strateji istiqamətlər üzrə real nəticələrlə tarixə düşəcək.
Aşağıda həmin dövrdə baş verən əsas iqtisadi hadisələri, qəbul edilən proqramları və həyata keçirilən layihələri illər üzrə yazmağa çalışdım. Əlbəttə, çoxsaylı detallardan bəziləri yaddan çıxa bilər. Amma əsas məqsədim son 22 ilin ümumi iqtisadi xəritəsini göstərməkdir.
2003–2025-Cİ İLLƏRDƏ İQTİSADİ AZƏRBAYCAN
2004-cü ildə iqtisadi Azərbaycan
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqrmı qəbul edildi. Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi yekun mərhələyə çatdı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri üzrə işlər sürətləndi. Vergi və gömrük güzəştləri tətbiq olundu. Sahibkarlığa dövlət dəstəyi sistemi formalaşdırıldı. Kənd təsərrüfatında subsidiya mexanizmləri yaradıldı. Turizm sektorunun inkişafı üçün dövlət konsepsiyası hazırlandı. Xarici investisiyalar artdı. ÜDM artımı 10,6 % oldu.
2005-ci ildə iqtisadi Azərbaycan
Bakı-Tbilisi-Ceyhan kəmrinin tikintisi başa çatdı. Kəmərə ilk neft vuruldu. Bakı–Tbilisi–Ərzurum qaz kəməri üzrə əsas hissələr tamamlandı. Sahibkarlığın inkişafı üzrə dövlət proqramı qəbul edildi. İnfrastruktur layihələrinə iri vəsait ayrıldı. Ticarət dövriyyəsi yüksəldi. Turizm obyektlərinin tikintisinə başlanıldı. Kənd təsərrüfatında güzəştli kredit mexanizmi genişləndirildi. Xarici investisiyalar artdı. ÜDM artımı 26,4 % oldu.
2006-cı ildə iqtisadi Azərbaycan
Bakı-Tbilisi-Ceyhan kəməri istismara verildi. İlk neft Ceyhana çatdı. Bakı-Tbilisi-Ərzurum kəməri tamamlandı. Şahdəniz yatağında qaz hasilatına başlandı. Vergi və gömrük islahatları dərinləşdirildi. İnfrastruktur və regionlara yönəlik investisiyalar genişləndi. Kənd təsərrüfatında subsidiya mexanizmləri gücləndirildi. Turizm sahəsində yeni investisiya layihələri reallaşdı. Xarici ticarət dövriyyəsi böyüdü. ÜDM artımı 34,5 % oldu.
2007-ci ildə iqtisadi Azərbaycan
Bakı-Tbilisi-Ərzurum kəməri istismara verildi. Qaz ixracı başlandı. Regionların sosial-iqtisadi inkişaf proqramı genişləndirildi. Yeni sənaye müəssisələri istifadəyə verildi. Gömrük prosedurlarının sadələşdirilməsi qərarları qəbul edildi. Qeyri-neft sektorunda aktivlik artdı. Kənd təsərrüfatında texnika subsidiyaları tətbiq olundu. Turizm sektorunda yeni obyektlər açıldı. Xarici ticarət dövriyyəsi yüksəldi. ÜDM artımı 25,0 % oldu.
2008-ci ildə iqtisadi Azərbaycan
Neft ixracı rekord həddə çatdı. Dövlət büdcəsi genişləndirildi. Vergi və gömrük sistemində islahatlar aparıldı. Qeyri-neft sektoruna iri investisiyalar yönəldildi. Yeni yollar, enerji və sosial obyektlər istifadəyə verildi. Turizm sektorunda dövlət strategiyası qəbul edildi. Kənd təsərrüfatında dəstək mexanizmləri genişləndirildi. Xarici ticarət dövriyyəsi böyüdü. Xarici valyuta ehtiyatları artdı. ÜDM artımı 10,8 % oldu.
2009-cu ildə iqtisadi Azərbaycan
Qlobal böhrana baxmayaraq sabitlik qorundu. Sahibkarlığın dəstəklənməsi proqramı genişləndirildi. Qeyri-neft sektoruna əlavə investisiyalar yönəldildi. Gömrük və vergi sistemində sadələşdirmə tədbirləri həyata keçirildi. Kənd təsərrüfatına əlavə subsidiyalar ayrıldı. Turizm sektorunda güzəştlər tətbiq olundu. Regionlara investisiyalar davam etdi. Xarici ticarət dövriyyəsi azaldı. ÜDM artımı 9,3 % oldu.
2010-cu ildə iqtisadi Azərbaycan
Neft və qaz ixracı yüksəldi. Yeni sənaye müəssisələri istifadəyə verildi. Qeyri-neft sektoruna investisiyalar artırıldı. İnfrastruktur layihələri genişləndi. Kənd təsərrüfatında məhsuldarlıq yüksəldi. Turizm infrastrukturu inkişaf etdi. Gömrük prosedurları sadələşdirildi. Xarici ticarət dövriyyəsi böyüdü. ÜDM artımı 5,0 % oldu.
2011-ci ildə iqtisadi Azərbaycan
Qaz ixracı genişləndi. Regionlarda yeni infrastruktur layihələri icra olundu. Qeyri-neft sektoruna investisiyalar artdı. Yeni sənaye müəssisələri yaradıldı. Turizm sahəsində fəaliyyət genişləndi. Kənd təsərrüfatında məhsuldarlıq yüksəldi. Gömrük və vergi inzibatçılığı təkmilləşdirildi. Xarici ticarət dövriyyəsi artdı. ÜDM artımı 0,1 % oldu.
2012-ci ildə iqtisadi Azərbaycan
Qaz ixracı artdı. Regionlarda infrastruktur layihələri həyata keçirildi. Qeyri-neft sektorunda istehsal sahələri genişləndi. Kənd təsərrüfatında yeni dəstək proqramları təsdiq olundu. Gömrük və vergi sistemində yeniliklər tətbiq olundu. Xarici ticarət dövriyyəsi yüksəldi. ÜDM artımı 2,2 % oldu.
2013-cü ildə iqtisadi Azərbaycan
İnfrastruktur layihələri davam etdi. Qeyri-neft sktorunda yeni istehsal və emal müəssisələri açıldı. Kənd təsərrüfatında ixrac imkanları genişləndi. Turizm sektorunda yeni otellər və xidmət mərkəzləri istifadəyə verildi. Gömrük və vergi sistemində inzibatçılıq təkmilləşdirildi. Xarici ticarət dövriyyəsi artdı. ÜDM artımı 5,8 % oldu.
2014-cü ildə iqtisadi Azərbaycan
Qaz ixracı sabitləşdi. Regionlrda infrastruktur layihələri davam etdi. Yeni sənaye müəssisələri istifadəyə verildi. Kənd təsərrüfatında ixrac genişləndirildi. Gömrük və vergi inzibatçılığı gücləndirildi. Xarici valyuta ehtiyatları rekord həddə çatdı. ÜDM artımı 2,2 % oldu.
2015-ci ildə iqtisadi Azərbaycan
Qlobal neft qiymətləri kəskin azaldı. Manatın iki mərhələli devalvasiyası həyata keçirildi. Valyuta bazarında tənzimləmə tədbirləri gücləndirildi. Dövlət büdcəsində xərclərə yenidən baxıldı. Maliyyə sabitliyi üçün xüsusi qərarlar qəbul olundu. Gömrük və vergi inzibatçılığı yeniləndi. Qeyri-neft sektoruna dəstək proqramları genişləndirildi. Regionlarda infrastruktur layihələri davam etdi. Turizm sektorunda güzəştlər tətbiq olundu. Kənd təsərrüfatına subsidiya və güzəştli kreditlər artırıldı. Xarici ticarət dövriyyəsi azaldı. ÜDM artımı 1,1 % oldu.
2016-cı ildə iqtisadi Azərbaycan
Manatın ikinci devalvasiyasından sonra sabitləşmə tədbirləri həyata keçirildi. Yeni valyuta siyasəti tətbiq olundu. Maliyyə sabitliyi üçün tənzimləmə mexanizmləri gücləndirildi. Dövlət büdcəsində struktur dəyişiklikləri aparıldı. Qeyri-neft sektoruna investisiya təşviqləri genişləndirildi. CənubQaz Dəhlizi üzrə tikinti mərhələsi sürətləndirildi. Gömrük və vergi islahatlarına start verildi. Kənd təsərrüfatında ixrac yönümlü proqramlar təsdiqləndi. Turizm sektorunda sadələşdirilmiş viza rejimi tətbiq olundu. Regionlarda sənaye zonalarının yaradılmasına başlanıldı. Xarici ticarət dövriyyəsi azaldı. ÜDM artımı -3,1 % oldu.
2017-ci ildə iqtisadi Azərbaycan
Manatın məzənnəsi sabitləşdi. Neft qiymətləri qismən bərpa olundu. Dövlət büdcəsində gəlirlər artdı. Qeyri-neft sektoruna dəstək proqramları genişləndirildi. Cənub Qaz Dəhlizi üzrə tikinti işləri davam etdi. Gömrük və vergi sistemində inzibatçılıq təkmilləşdirildi. Sumqayıt Kimya Sənaye Parkı və digər sənaye zonalarının fəaliyyəti genişləndirildi. Kənd təsərrüfatında ixrac yönümlü istehsal artdı. Turizm sektorunda viza və sərhəd prosedurları sadələşdirildi. Rəqəmsal iqtisadiyyatla bağlı dövlət proqramlarına start verildi. Xarici ticarət dövriyyəsi yüksəldi. ÜDM artımı 0,2 % oldu.
2018-ci ildə iqtisadi Azərbaycan
Neft qiymətləri artdı. Büdcə gəlirləri yüksəldi. Cənub Qaz Dəhlizi üzrə tikinti başa çatdı. TANAP istifadəyə verildi. Gömrük və vergi sistemində struktur islahatları həyata keçirildi. Qeyri-neft sektorunun dəstəklənməsi üçün yeni təşviq mexanizmləri tətbiq olundu. Ələt Azad İqtisadi Zonası yaradılması barədə qərar qəbul edildi. Kənd təsərrüfatında ixrac artdı. Turizm sektorunda daxilolmalar rekord səviyyəyə çatdı. Rəqəmsal iqtisadiyyat və elektron xidmətlər sahəsində proqramlar genişləndirildi. Xarici ticarət dövriyyəsi yüksəldi. ÜDM artımı 1,4 % oldu.
2019-cu ildə iqtisadi Azərbaycan
Neft qiymətləri sabit qaldı. Büdcə gəlirləri artdı. Cənub Qaz Dəhlizi üzrə tranzit əməliyyatları genişləndi. TANAP tam gücü ilə istismara başladı. Gömrük və vergi sistemində islahatlar dərinləşdirildi. Qeyri-neft sektorunun payı iqtisadiyyatda artdı. -Turizm sektorunda ziyarətçi sayı tarixi rekord həddə çatdı. Rəqəmsal iqtisadiyyat və elektron xidmətlərin tətbiqi genişləndi. Xarici ticarət dövriyyəsi yüksəldi. ÜDM artımı 2,5 % oldu.
2020-ci ildə iqtisadi Azərbaycan
İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyü bərpa olundu. Qarabağ bölgəsi iqtisadi dövriyyəyə qaytarıldı. COVID-19 pandemiyası səbəbindən iqtisadi fəallıq azaldı. Turizm və xidmət sektoru ciddi zərbə aldı. Qeyri-neft ixracı zəiflədi. TAP qaz kəməri istismara verildi, Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə ilk dəfə Avropaya çatdırıldı. Dövlətin sosial-iqtisadi dəstək paketi qəbul edildi. Sahibkarlığa birbaşa maliyyə dəstəyi göstərildi. Elektron xidmətlər genişləndirildi. Gömrük və vergi güzəştləri tətbiq olundu. Xarici ticarət dövriyyəsi azaldı. ÜDM-də azalma 4,3 % oldu.
2021-ci ildə iqtisadi Azərbaycan
Pandemiyadan sonra iqtisadi bərpa mərhələsi başladı. Neft qiymətləri artdı. Büdcə gəlirləri yüksəldi. Cənub Qaz Dəhlizi, TANAP və TAP üzrə qaz nəqli genişləndirildi. TAP vasitəsilə ilk qaz Avropaya çatdırıldı. Ələt Azad İqtisadi Zonası üzrə infrastruktur işləri sürətləndi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası üçün “Böyük Qayıdış” dövlət proqramının hazırlanmasına başlandı. Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər təsdiq edildi. Azərbaycanın iqtisadi rayonlarının bölgüsü yenidən aparıldı, 10 iqtisadi rayonun yerinə 14 iqtisadi rayon yaradıldı. Qeyri-neft sektorunda artım qeydə alındı. Kənd təsərrüfatında ixrac genişləndi. Turizm və xidmət sektoru bərpa olundu. Gömrük və vergi sistemində rəqəmsal mexanizmlər gücləndirildi. Xarici ticarət dövriyyəsi artdı. ÜDM artımı 5,6 % oldu.
2022-ci ildə iqtisadi Azərbaycan
Neft qiymətləri yüksək səviyyədə qaldı. Büdcə gəlirləri artdı. Qaz ixracı Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə genişləndirildi. Azərbaycan Dövlət Neft Fondu-nun gəlirləri rekord həddə çatdı. Qaçqın və məcburi köçkünlərin azad olunmuş ərazilərə ilk köçü Ağalı kəndinə başlandı. “Böyük Qayıdış” proqramı və 2022–2026-cı illər üçün Strateji inkişaf planı təsdiq edildi. Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələri icra edildi. Alternativ və bərpa olunan enerji üzrə əməkdaşlıq sənədləri imzalandı. Qeyri-neft ixracı artdı. Turizm və xidmət sektorunda canlanma müşahidə olundu. Rəqəmsal həllər və gömrük-vergi sistemində yeniliklər tətbiq edildi. Xarici ticarət dövriyyəsi böyüdü. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji üzrə dördtərəfli memorandum imzalandı. ÜDM artımı 4,6 % oldu.
2023-cü ildə iqtisadi Azərbaycan
Qaz ixracı sabit saxlanıldı. Büdcə gəlirləri artdı. Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələri genişləndirildi. Rəqabət Məcəlləsi qəbul edildi. “Böyük Qayıdış” proqramı çərçivəsində məskunlaşma və iqtisadi canlanma tədbirləri başlandı. Yaşıl enerji zonası üzrə layihələrə start verildi. Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə infrastruktur və tranzit əməkdaşlığı gücləndirildi. Qeyri-neft ixracı artdı. Turizm sektoru pandemiya öncəsi səviyyəyə yaxınlaşdı. Gömrük və vergi sistemində institusional dəyişikliklər aparıldı. Xarici ticarət dövriyyəsi yüksəldi. ÜDM artımı 1,5 % oldu.
2024-cü ildə iqtisadi Azərbaycan
Rəqabət Məcəlləsi 1 iyul 2024-cü ildə qüvvəyə mindi. Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə nəqliyyat və tranzit layihələri genişləndirildi. Qarabağ və Şərqi Zəngəzurda bərpa və iqtisadi canlanma proqramları dərinləşdirildi. Yaşıl enerji və alternativ enerji üzrə yeni beynəlxalq müqavilələr imzalandı. Qeyri-neft sektorunda investisiya artımı müşahidə olundu. Turizm və xidmət sektorunda rekord göstəricilər qeydə alındı. Xarici ticarət dövriyyəsi genişləndi. ÜDM artımı 4,1 % oldu.
2025-ci ildə iqtisadi Azərbaycan
Bu il iqtisadi baxımdan sabitlik və tənzimləmə mərhələsində keçir. Büdcə siyasətində ehtiyatlılıq, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektoruna yönəlik təşviqlər əsas xətti təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələri davam edir. İlin sonuna doğru yeni iqtisadi qərar və təşəbbüslərin elan ediləcəyi ehtimal edi(rəm)lir.
Eldəniz Əmirov, ekspert