Beyləqanda “Mercedes” markalı 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza olub.
News365.az xəbər verir ki, Əlinəzərli kəndi ərazisində baş verən hadisədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir avtomobil isə yoldan çıxaraq boş sahəyə düşüb.
Qəza zamanı sürücülərdən yüngül xəsarət alanın olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.