İranda oteldə partlayış olub.
News365.az İran mediasına istinadən xəbər verir ki, Astarada yerləşən “Espinas Beynəlxalq Hotel”də qaz silindirinin partlaması nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə yanğına səbəb olub və oteldə bir neçə otağa ciddi ziyan dəyib.