Belarusun Dövlət Təhlükəsizlik Komitəsi prezident Aleksandr Lukaşenko ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşlərin təşkili üzərində işləyir.
News365.az xəbər verir ki, Komitə rəhbəri İvan Tertel “Belarus 1” telekanalına açıqlamasında bildirib ki, Belarus tərəfi görüşmək və müzakirə aparmaq mövqeyindədir, lakin bunun reallaşması Ukrayna tərəfinin də mövqeyindən asılıdır.
Tertel əlavə edib ki, Lukaşenko dəfələrlə Zelenski ilə şəxsən görüşməyə hazır olduğunu bəyan edib.
News365.az