Paytaxtda göldə naməlum şəxsin meyiti aşkarlanıb

Paytaxtda göldə naməlum şəxsin meyiti aşkarlanıb
16:36

Bakıda süni göldən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News365.az-a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində süni göldən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


    Sizin reklam burada
    Sizin reklam burada