Goranboyda kafedə dava: bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda kafedə dava: bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB
13:56

Oktyabrın 20-də saat 00:20 radələrində xəsarət alması səbəbilə 2 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

News365.az xəbər verir ki, bu brədə TƏBİB-dən məlumat verilib.

    "Onlara sol qabırğa arası nahiyəsinin deşilmiş, sol bazunun ön səthinin cızılmış yarası diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.

    ***

    Goranboyda kafedə kütləvi dava olub.

    News365.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

    Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəmnində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.

    Mübahisənin səbəbi hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada