"İsrailin addımları Trampın nüfuzuna təsir göstərə bilər"- Politoloqdan şərh

"İsrailin addımları Trampın nüfuzuna təsir göstərə bilər"- Politoloqdan şərh
13:30

"İsrailin addımları Trampın nüfuzuna təsir göstərə bilər".

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Donald Trampın İsrail-Ərəb münaqişəsində əldə etdiyi ateşkəs Trampın nüfuzu və gələcək seçkilərdə şansları üçün mühüm rol oynayır.

Zahidov qeyd edib ki, Netanyahu ABŞ-ın dəstəklədiyi ateşkəs planına uyğun hərəkət etməlidir, əks halda bu, Tramp-Netanyahu münasibətlərinə və Trampın imicinə mənfi təsir göstərə bilər.

Politoloq vurğulayıb ki, yaxın Orta Şərqdə münaqişələrin həlli həm ABŞ, həm də digər dünya gücləri üçün strateji əhəmiyyət kəsb edir. Trampın irəli sürdüyü ateşkəs planının pozulmaması və davamlı olması vacibdir ki, genişmiqyaslı hərbi əməliyyatlar qarşısı alınsın.

Sultan Zahidov əlavə edib ki, Trampın bu plan vasitəsilə əldə etdiyi nəticələr onun siyasi nüfuzunu gücləndirir və gələcəkdə ABŞ-ın regiondakı rolu üçün önəmli faktor olaraq qalır.


Sizin reklam burada
Sizin reklam burada