İzmir məscidinə körpə tapılıb- xəstəxanaya yerləşdirildi

İzmir məscidinə körpə tapılıb- xəstəxanaya yerləşdirildi
14:45

İzmirin Gaziemir rayonunda yerləşən Beyazevler Merkez Məscidinin həyətində oğlan uşağı tapılıb.

News365.az xəbər verir ki, hadisəni görən vətəndaşlar dərhal səhiyyə və polis əməkdaşlarına məlumat verib.

Məlumata görə, uşaq hələ şəxsiyyəti məlum olmayan qadın tərəfindən qucağında gətirilərək skamyanın üzərinə qoyulub və hadisə yerindən uzaqlaşıb. Oğlan uşağı dərhal Buca Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb və reanimasiya şöbəsində müalicə altına alınıb.

Polis hadisəni törədən qadının şəxsiyyətini müəyyən etmək üçün araşdırmalara başlayıb. Uşağın sağlamlıq vəziyyəti izlənilir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada