Nizami Rəmzinin qızı həbs edildi - VİDEO

Nizami Rəmzinin qızı həbs edildi - VİDEO
14:21

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub.

News365.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb.

O, Reyhanın videosunu yayımlayaraq, bunları əlavə edib:

Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.

Bloger onun nədən həbs olunduğunu açıqlamayıb.

Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.


Sizin reklam burada
Sizin reklam burada