Rumıniyalı deputat Zelenskinin parlamentdə çıxışına sərt etiraz edib

Rumıniyalı deputat Zelenskinin parlamentdə çıxışına sərt etiraz edib
15:28

Avropa Parlamentinin Rumıniyadan olan üzvü Diana Şoşoake Ukrayna Prezidenti Volodimir Zelenskinin Rumıniya parlamentində çıxış etməsinə qarşı kəskin mövqe bildirib.

News365.az “Ukrainskaya Pravda” portalına istinadla xəbər verir ki, Şoşoake Rusiyaya səfəri zamanı bu mövzuda açıqlama verib.

Deputat qeyd edib ki, 2023-cü ildə Zelenskinin Rumıniya parlamentində çıxışı əngəllənib və belə halların təkrarlanmaması üçün sərt tədbirlər görəcəyini bildirib.

Şoşoake parlamentin Rumıniya xalqını təmsil etdiyini vurğulayaraq, Ukrayna liderinin onun icazəsi olmadan parlamentdə çıxış edə bilməyəcəyini söyləyib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada