Dəniz Qüvvələrin zabiti və okeanoqrafiya tədqiqatçısı Jak-İv Kusto 11 iyun 1910-cu ildə Sən-Andre-dö-Kubzak anadan olub. Ümumilikdə 150 yaxın sənədli filmlər çəkib. O, bu filmlərdə dəniz ekosistemlərin müxtəlifliyi, gözəlliyi və kövrəkliyini göstərir. Onun məqsədi okeanların qorunmasının zəruriyyəti haqqında insanları maarifləndirmək idi.
1960-cı illərdə Kusto Leninqrad Hidrometeorologiya İnstitutunun Okeanologiya şöbəsinin sualtı tədqiqat laboratoriyasının alimləri və Nereus tədqiqat gəmisinin əməkdaşları ilə görüşən zaman Xəzər dənizi və onun barəsində yayılan mifləri araşdırmaq planını açıqlayır.
Lakin onun araşdırmaq planı yalnız 1998-ci ildə həyata keçirildi. 1998-ci ilin yayın ortalarında əfsanəvi Jak-İv Kustonun ekipajı bu dəniz gölünün flora və faunası haqqında film çəkmək üçün Həştərxandan tranzitlə Xəzər dənizinə gedirdi. Bu zaman Kusto özü həyatda yox idi, lakin onun əlyazmaları və qeydləri əsasında komanda dənizdə araşdırlamara başladı.
Okeanoqraf Petr Buxaritsinin sözlərinə görə, səfərin əsas məqsədi Xəzər dənizindəki nərə balığı problemlərinə və o zamanlar Xəzər hövzəsində yaranmış ekoloji vəziyyətə (xüsusən də karbohidrogen ehtiyatlarının qorunması probleminə) həsr olunmuş “Kusto komandasının sualtı odisseyası” filminin son seriyasını çəkmək olub. Tədqiqat YUNESKO-nun sifarişi ilə aparılıb.
1998-ci ildə üç ay ərzində “Alcyone” gəmisində Kustonun komandası Xəzər dənizində sualtı çəkilişlər aparıb.
Qeydlərə görə Kusto komandasının bu görünən tərəfi idi, onların əsas məqsədi Makedoniyalı İsgəndərin xəzinəsinin tapılması ilə yanaşı dənizdə görünməsi barədə məlumatlar olan qeyri adi varlıqları öyrənmək üçün növbəti cəhd idi.
1998-ci ildə Kusto komandası qum qatının altında təxminən 60 metr dərinlikdə Makedoniyalı İskəndər dövrünə aid yaşayış məskəninin qalıqlarını aşkar etdi. Bu yaşayış məskəni haqqında Herodot yazmış və A.K. Bakıxanov daha sonra buna istinad etmiş idi.
Axtarışlar ilk növbədə şərq sahillərində aparılıb, burada Kusto komandası su altında qalmış üç şəhərin qalıqlarını aşkar edib: ikisi Abşeronun dayazlıqlarında, üçüncüsü isə Kür çayının Xəzərə töküldüyü yerdə.
Bu barədə məlumat daxil olan kimi onun komandasına təyziqlər başlanır və araşdırmalara manelər törədilir. Xəzinə və qədim şəhər qalıqları ilə yanaşı Kusto komandasının əldə etdiyi dənizdə olan qeyri-adi varlıqlar barədə sübutlar onlara qarşı manelərə səbəb olan digər səbəb idi. Gəmidən Zodiac şişmə qayığını və yapon motorunu oğurlayırlar və bütün vasitələr ilə ona səddlər yaradırlar.
O dövrün şahidləri, dənizçiləri və tədqiqatçıları qeyd edirlər ki, Kustonun komandasının əsas məqsədi bu deyildi.
Adil Korzabayev adlı araşdırmaçı qeyd edir ki, 1998-ci ildə dünya şöhrətli dərin dəniz tədqiqatçısı Jak-İv Kusto komandası dənizdə olan varlıqları araşdırmaq üçün Xəzər dənizinə gəlmişdi.
1980-ci illərdən Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması və gəmiçilərə, balıqçılara görsənməsi barədə informasiya Sovet təhlükəsizlik xidmətinə daxil olurdu və bunu araşdırmaq üçün Kusto komandası üç ay ərzində Xəzər dənizində araşdırma aparırdı.
Onun "Alcyone" adlı gəmisi Xəzər dənizində gecə gündüz araşdırma aparırdı.
Rəsmi olaraq Jak-İv Kusto komandası öz ekspedisiyasını uğursuz elan etdi. Lakin məlumdur ki, Kusto sağlığında öz heyətinə sirri saxlamağa and içdirib və ekspedisiyanın bütün video görüntülərini gizli saxlamağı vəsiyyət edib.
O dövrün şahidlərinin qeydlərinə görə Kusto komandası görünür, qədim şəhəri və orda yaşayan varlıqları tapıblar, lakin onlar, bu məlumatı gizli saxlamağa üstünlük verib.
Kusto komandasından sonra dünyanın hər yerindən başqa komandalar meydana çıxmağa başladı. Onlar qayıq icarəyə götürdülər və üç-dörd dalğıc körfəzin dibini daradılar, hətta 2002-ci ildə Səlyan yaxınlığında nələrsə tapmağa cəhd etdilər.
Zaur Əliyev, tarixçi